Advertisment

Şimali Kipr sahillərində gəmi batıb -7 nəfər ölüb, 237 nəfər xilas edilib

Şimali Kipr sahillərində sərnişin gəmisi batıb.

Gəmi Girnə şəhəri sahillərində, limandan ayrıldıqdan qısa müddət sonra, sahildən 4 mil (6,44 kilometr) uzaqlıqda öncə yana yatıb, daha sonra sürətlə batıb. Özəl şirkətə məxsus gəmi Girnə-Mersin marşrutu ilə hərəkət edirmiş.

Gəmidə 8-i heyət üzvü, 259 sərnişin olub.

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstelin verdiyi son məlumata görə xilasetmə zamanı  237 nəfərin xilas edilib. 7 nəfərin öldüyü bildirilir. Hazırda 23 nəfərin axtarışı davam edir.