SEPAH İordaniyada yerləşən ABŞ hərbi bazalarına endirilən zərbələr nəticəsində qırıcı təyyarələrin dislokasiya məntəqələri və texniki xidmət infrastrukturunun məhv edildiyini açıqlayıb.
“Tasnim” agentliyinin məlumatına görə, hücum ABŞ-ın İranın Larak adasına zərbələrinə cavab olaraq həyata keçirilib.
İordaniya Silahlı Qüvvələri isə ölkənin hava məkanına daxil olan səkkiz raketin hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirildiyini bildirib.