Advertisment

Tramp administrasiyası müstəqil jurnalistləri "oyundan kənar" qoymağa çalışır

ABŞ Maliyyə Nazirliyi “The New York Times”, “Wall Street Journal” qəzetləri və “Bloomberg” agentliyi də daxil olmaqla bir sıra nüfuzlu media qurumlarının jurnalistlərinə G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin avqustun 31-də ABŞ-ın Şimali Karolina ştatının Eşvill şəhərində başlayacaq iki günlük görüşünü işıqlandırmaq üçün akkreditasiya verməyib.

“The New York Times”ın məlumatına görə, nəşrin iqtisadiyyat üzrə müxbiri Alan Rappeport 2017-ci ildən ABŞ Maliyyə Nazirliyinin fəaliyyətini işıqlandırır və bu müddət ərzində G7 və G20 sammitlərinin təxminən 12-də şəxsən iştirak edib.

Qəzetin sözçüsü Nikol Teylor jurnalistə akkreditasiya verilməməsini şərh edərkən bildirib ki, bu qərar ABŞ Prezidenti Donald Tramp administrasiyasının müstəqil jurnalistikanı zəiflətməyə yönəlmiş növbəti cəhdindən daha ciddi addımdır və açıq şəkildə ictimai nəzarətdən yayınmaq məqsədi daşıyır.