Şaxta Babanın qatarı 8 noyabr 2026-cı ildə Velikiy Ustyuqdan yola düşəcək və səyahətini 9 yanvar 2027-ci ildə başa vuracaq.
Herbiand.az bildirir ki, bu barədə Rusiya Dəmir Yolları Baş direktorunun müavini İvan Kolesnikov deyib.
O, qeyd edib ki, qatar 63 gün ərzində Rusiyanın 36 bölgəsindəki 65 şəhərə səfər edəcək.
Kolesnikovun sözlərinə görə, qatar əvvəllər heç vaxt ziyarət etmədiyi 10-dan çox yeni şəhər və kəndə də gedəcək.
Bəxtiyar CƏFƏRLİ