Ukraynada hərbi qulluqçuların bölmələrindən qaçması və sonra onları xaricə keçirmək üçün sxem aşkar edilib. Təşkilatçılar xidmətlərinə görə adambaşına 12.000 dollar tələb ediblər.
Herbiand.az bildirir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Qeyd olunub ki, qanunsuz fəaliyyətdə Xarkov vilayətinin bir qrup sakini iştirak edib.
Qurumun məlumatına görə, Ukrayna Silahlı Qüvvələrindən ayrılmaq istəyənlər Telegram kanalı vasitəsilə axtarılıb. Onun administratoru fərariliyi təşkil etməyi, onları döyüş zonasından daşımağı və rəsmi nəzarət məntəqələrini keçərək dövlət sərhədini qanunsuz keçməyə kömək etməyi təklif edib.
Qaçırılanların daşınması üçün nəqliyyat vasitələrindən istifadə edilib. Ukrayna əsgərləri əvvəlcə Çerkasski vilayətinin Uman şəhərinə aparılıb. Orada toplama məntəqəsi yerləşib. Oradan isə qruplar halında ölkədən çıxmaq üçün sərhəd bölgələrinə göndərilməli idilər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları daşınmaların təşkilində iştirak edən iki şəxsi saxlaya biliblər. Hər ikisi fərariliyə kömək etməkdə ittiham olunub. Prokurorluq şübhəlilərin həbs olunmasını istəyib. Lakin Telegram kanalının administratoru və sxemin digər iştirakçıları hələ də azadlıqdadır. Onların axtarışı davam edir.
Bəxtiyar CƏFƏRLİ