Advertisment

COP29-da Ermənistanın yüksək səviyyəli nümayəndə heyətinin iştirakı mümkündür – Millət vəkili

Azərbaycan COP-29-a ev sahibliyi etməsi üçün Ermənistan namizədliyini geri götürərək ölkəmizə öz dəstəyini göstərmişdir. O zaman bu gün COP-29-da Ermənistanın yüksək səviyyəli nümayəndə heyətinin iştirakı maraq doğuran məqamdır.

Mövzu ilə əlaqədar Herbiand.az-ın sualını cavablandıran  millət vəkili Ceyhun Məmmədov Azərbaycan Ermənistan münasibətlərinin müsbətə doğru irəlilədiyinə diqqət çəkdi:

“Azərbaycan Ermənistan münasibətləri bu gün yaxşı inkişaf edir. Artıq sərhəddə ciddi işlər gedir. Hesab edirəm ki, bütün bu hadisələrin fonunda və qarşılığında Azərbaycan və Ermənistan arasında münasibətlər daha da dərinləşə bilər. Və biz daha ciddi irəliləyişlər görə bilərik”.

Millət vəkili iki ölkə arasındakı münasibətlərdə yeni bir mərhələnin başlandığını bildirdi:

“Bunun üçün kifayət qədər imkan və potensial var. Və bu bütövlükdə Azərbaycan Ermənistan münasibətlərində yeni bir mərhələnin yaranmasına şərait yaradır. Eyni zamanda bu tədbir zamanı Ermənistanın yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycana səfər etməsini və bu tədbirdə iştirak etməsini istisna etmirəm. Hesab edirəm ki, bu mümkündür və buna kifayət qədər imkanlar mövcuddur”.

Elnurə İSAXAN