Advertisment

Almatı görüşü bizi daha da yaxınlaşdıraraq mövqelərimizi aydınlaşdıracaq – Politoloq

Məlum olduğu kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Qazaxıstanın paytaxtı Almatıda şəhərində görüşəcəklər. Politoloq Qədir Aslan Herbiand.az-a bununla bağlı münasibət bildirərkən qeyd edib ki, Almatı platforması 90-cı illərdə I Qarabağ savaşında da özünü göstərmişdi:

“Bildiyimiz kimi, o zaman Nursultan Nazarbayev proseslərdə vasitəçi rolunu üstlənmişdi. Və bu gün artıq iki ölkə arasındakı proseslər öz həllini tapandan sonra yenidən Qazaxıstan özünü moderator olaraq deyil, məkan olaraq təqdim edir. Təbii ki, bu görüş bizi daha da yaxınlaşdıraraq mövqelərimizi aydınlaşdıracaq.

Amma bu təmaslar o demək deyil ki, Rusiyanın məxfərində baş verir. Bu tam Azərbaycanın istəyilə Ankara və Bakının başlatdığı proseslərdir”.

Elnurə İSAXAN