Advertisment

Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.

Herbiand.az xəbər verir ki, bu barədə Azərbaycanın Kanadadakı səfirliyinin "X" sosial şəbəkəsi hesabında paylaşım edilib.

"Niaqara şəlaləsi 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb", deyə paylaşımda qeyd olunub.