Advertisment

Monteneqro 7-ci sammitdən Aİ-yə üzvlük prosesini sürətləndirmək üçün istifadə etmək niyyətindədir

Avropa Siyasi Birliyi"nin Kopenhagendə (Danimarka) keçirilən sammiti hələ Avropa İttifaqının (Aİ) üzvü olmayan ölkələr üçün "xüsusilə əla platformadır.

Herbiand.az xəbər verir ki, bunu Monteneqronun Baş naziri Miloyko Spaiç bildirib.

O qeyd edib ki, sammit vasitəsilə ölkəsinin 2028-ci ilə qədər Aİ-nin 28-ci üzvü olmaq arzusunu Avropa liderlərinə çatdıracaq.

"Biz namizəd ölkəyik və hesab edirəm ki, bu, 2028-ci ilə qədər Aİ-nin 28-ci üzvü olmaq istəyimizi bir daha vurğulamaq üçün gözəl fürsətdir", - M.Spaiç bildirib.

Baş nazir əlavə edib ki, Aİ liderlərini Monteneqronun üzvlüyü haqqında müqavilənin hazırlanmasına başlamağa çağırmaq istəyir.

"Monteneqro danışıqlara hələ 2012-ci ildə başlayıb, beləliklə, danışıqlar 15 ilə yaxındır ki, davam edir. Biz kiçik ölkəyik, NATO üzvüyük, xarici siyasətimizi Aİ siyasəti ilə tam şəkildə razılaşdırırıq. Biz artıq avrodan istifadə edirik, institusional baxımdan ən inkişaf etmiş namizəd ölkəyik", - o vurğulayıb.