Niderland Kral Donanması özünün ən yeni CSS sinifli “Den Helder” döyüşə dəstək gəmisini istifadəyə verib. Dünən bununla bağlı Flissingendəki Damen Naval gəmiqayırma zavodunda mərasim keçirilib.
Herbiand.az bildirir ki, gəmi 2026-cı ildə tam istismara veriləcək.
“Den Helder” gəmisi yanacaq, sursat, su, ərzaq və digər yüklərin sahildən daşınması və təchizatına cavabdeh olacaq.
Gəminin gövdəsinin uzunluğu 180 metr, eni 26,4 metrdir. Ekipaj 75 nəfərdir, 85-ə qədər əlavə heyət də yerləşdirmək ola bilər. “Den Helder” digər gəmilər üçün yanacaq və sursat saxlamaqla yanaşı, 20-yə qədər standart konteyner də daşıya bilir.
Gəminin arsenalında zirehdələn döyüş sursatları olan 76 mm-lik top qurğusu, 12,7 mm-lik pulemyotlar və zenit-raket sistemləri var.
Bəxtiyar CƏFƏRLİ