Advertisment

Ukrayna Britaniyadan “Formula-1” texnologiyasına malik dron-kamikadze alacaq

Britaniyanın MGI Engineering şirkəti Ukraynaya yeni SkyShark hücum dronlarını tədarük edəcək. Tərtibatçılar əmin ediblər ki, bu dronlar “Formula-1” texnologiyasını sərfəli qiymətlə birləşdirir.

Herbiand.az bildirir ki, bu barədə United24 Media xəbər verir.

Şirkətdən bildirilib ki, SkyShark dronları təxminən altı həftədən sonra Ukraynada yerləşdiriləcək. Pilotsuz uçan aparatların döyüş yükü 10-20 kq, uçuş məsafəsi 250 km, maksimum sürəti isə təxminən 450 km/saatdır.

Dronun təxmini qiyməti təxminən 67.000 dollardır. Britaniya şirkətinin nümayəndələri jurnalistlərə bildiriblər ki, ukraynalı tərəfdaşlar artıq bu PUA-ları istehsal etməyə hazırlaşır.

Bəxtiyar CƏFƏRLİ