Filippinin sahil mühafizəsi Palavan adası yaxınlığındakı sularda Çin sualtı dronunun aşkar edildiyini bildirib. Balıqçılar təxminən 3,5 metr uzunluğundakı cihazı sentyabrın 28-də aşkarlayıb və dərhal səlahiyyətlilərə təhvil veriblər.
Herbiand.az bildirir ki, bu barədə “Business Insider” xəbər verib.
Sahil mühafizəsi komendantı, admiral Ronni Gil Qavan deyib: “Yerli balıqçıları bu tapıntını sürətli şəkildə bizə bildirdiklərinə görə alqışlayırıq”.
İlkin məlumatlara görə, pilotsuz uçan aparat okeanoqrafik profilləmə üçün istifadə olunan duzluluq, temperatur və suyun dərinliyini ölçmək üçün zondla təchiz edilib. Dronun üzərində çin dilində olan işarələr və cihazın dizaynı onun Çindən olduğunu göstərir.
Bəxtiyar CƏFƏRLİ