Advertisment

Paşinyandan boşanmaq qadağası

Erməni mənbələrinin məlumatına görə baş nazir Nikol Paşinyan özü rəsmən evli olmasa da komandasındakı siyasətçilərə boşanmağı qəti şəkildə qadağan edib.

Məlumata görə, bu günlərdə baş nazirə yaxın siyasətçilərdən biri ailə həyatına son vermək və yeni səhifə açmaq istədiyini bildirib. Lakin Paşinyan buna qəti etiraz edib.

Onun arqumenti belə olub ki, “Vətəndaş Müqaviləsi” partiyasında boşanmaların sayı çoxdur. Bu isə ictimai rəydə hakimiyyətin ailə dəyərlərinə laqeydliyi kimi qəbul olunur.

Paşinyan tərəfdarına belə deyib:

“Artıq heç kim boşana bilməz. Partiyanın nüfuzu daha da düşə bilər.”

Bu məlumat faş olandan sonra baş nazir “şəxsi həyata müdaxilə” ittihamı ilə tənqid olunub.