Advertisment

ABŞ və Ukrayna sülh planının dəqiqləşdirilməsi üzrə məsləhətləşmələri davam etdirəcək

ABŞ administrasiyası və Kiyev rəsmiləri Ukrayna münaqişəsinin tənzimlənməsi üzrə planın üzərində işi davam etdirmək barədə razılığa gəliblər.

Bu barədə Ağ Evin Cenevrədə keçirilən danışıqlardan sonra yaydığı açıqlamada deyilir.

“Hər iki tərəf əldə olunmuş sabit irəliləyişi alqışladı və razılaşmaların dəqiqləşdirilməsi prosesində məsləhətləşmələri davam etdirməyə razılaşdı”, - Ağ Ev qeyd edib.