Advertisment

Ukraynalıların əksəriyyəti Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılmasına qarşıdır – SORĞU

Ukraynalıların dörddə üçü təhlükəsizlik zəmanətləri olmayan, Ukrayna qoşunlarının Donetsk bölgəsindən çıxarılmasını tələb edən və Ukrayna Silahlı Qüvvələrinin sayını məhdudlaşdıran sülh planını qəbuledilməz hesab edir.

Herbiand.az xəbər verir ki, bu, Kiyev Beynəlxalq Sosiologiya İnstitutu tərəfindən 26 noyabr - 13 dekabr tarixlərində Kiyevin nəzarətində olan Ukraynanın bütün bölgələrində 547 respondent arasında aparılan sorğu nəticəsində bəlli olub.

Nəticələr 15 dekabr bazar ertəsi günü dərc edilib.

Ukraynalıların 72%-i işğal olunmuş əraziləri rəsmi olaraq Rusiya ərazisi kimi tanımadan, mövcud cəbhə xəttinin dondurulmasını və Ukrayna üçün təhlükəsizlik zəmanətlərini nəzərdə tutan sülh planını qəbul etməyə hazırdır. Respondentlərin on dörd faizi hətta belə bir planı da rədd edir.