Dünən Yaponiya dəniz özünümüdafiə qüvvələri üçün sifariş edilən “Avaji” sinifli 5-ci mina əleyhinə gəmisi Yokohamadakı Japan Marine United gəmiqayırma zavodunda suya buraxılıb. Yokohama prefekturasındakı Kerama adasının adını daşıyan minatəmizləyici gəminin 2027-ci ilin mart ayına qədər silahlanmaya qəbul edilməsi gözlənilir.
Herbiand.az bildirir ki, Yaponiya Hərbi Dəniz Qüvvələrinin rəsmisi gəminin tikinti dəyərinin təxminən 13,4 milyard yen (86 milyon dollar) təşkil etdiyini deyib.
Ümumilikdə, 9 belə gəmilərin çatdırılması planlaşdırılır.
“Avaji” sinifli minaaxtaran gəmilərin heyəti təxminən 50 nəfərdir, uzunluğu 11 metrdir.
Bəxtiyar CƏFƏRLİ