Advertisment

“Əgər Rusiyaya hörmətlə yanaşılarsa, yeni xüsusi əməliyyatlar olmayacaq” - Putin

Əgər Rusiyaya hörmətlə yanaşılarsa və “şişirtməsələr”, yeni xüsusi əməliyyatlar olmayacaq.

Herbiand.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ənənəvi illik mətbuat konfransında bildirib.

BBC-nin jurnalisti Putindən ölkənin gələcəyini necə təsəvvür etdiyini və Rusiyanın yeni xüsusi əməliyyatlarının mümkün olub-olmadığını soruşub.

“Əgər bizə hörmətlə yanaşsanız, heç bir əməliyyat olmayacaq. Bizim maraqlarımıza hörmətlə yanaşacaqsınız, necə ki, biz daim sizin maraqlarınıza hörmət etməyə çalışmışıq. Əgər bizi NATO-nun şərqə doğru genişlənməsi ilə etdiyiniz kimi şişirtməsəniz”, - dövlət başçısı vurğulayıb.

Bəxtiyar CƏFƏRLİ