Advertisment

Kanadalı məmur Zelenskinin müşaviri işləyəcək

Kanadanın Ukraynanın yenidən qurulması üzrə xüsusi nümayəndəsi Xristya Friland Ukraynada işləmək üçün Kanada Parlamentindən ayrılıb.

Herbiand.az xəbər verir ki, xanım məmur bu barədə Facebook səhifəsində elan edib.

O, bildirib ki, Ukraynanın yenidən qurulması üzrə Baş nazirin xüsusi nümayəndəsi vəzifəsindən ayrılır. Həmçinin, yaxın həftələrdə parlamentdəki yerindən də gedəcək.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski ötən il dekabr ayının 6-da Xristya Frilandı iqtisadi inkişaf üzrə ştatdankənar müşaviri təyin edib.

Friland bu yaxınlara qədər Kanadanın nəqliyyat və daxili ticarət naziri vəzifəsində çalışıb, sonra ölkəsinin Ukraynanın yenidən qurulması üzrə xüsusi nümayəndəsi olub. Bundan başqa, Kanadanın keçmiş baş naziri Castin Trüdo hökuməti dövründə xarici işlər naziri, maliyyə naziri və Baş nazirin müavini vəzifələrində çalışıb. Ukrayna dilində sərbəst danışa bilir.

Bəxtiyar CƏFƏRLİ