Amerikanın Lockheed Martin müdafiə sənayesi şirkəti 2025-ci ildə rekord sayda F-35 Lightning II qırıcı təyyarəsi istehsal edib.
Herbiand.az-ın məlumatına görə, keçən il ümumilikdə 191 ədəd F-35 təhvil verilib ki, bu da əvvəlki 142 təyyarə rekordunu xeyli üstələyib.
Lockheed Martin şirkəti vurğulayıb ki, F-35-in illik istehsalı hazırda ABŞ-ın silahlanmasında olan digər qırıcı təyyarələrin istehsal həcmindən beş dəfə çoxdur.
Bəxtiyar CƏFƏRLİ