Advertisment

Fransa ordusu taktiki təlimdə “Moskva uğrunda döyüş” ssenarisindən istifadə edib

Fransa Quru Qoşunlarının perspektivli döyüş əməliyyatları komandanlığının zabitləri təlimlərdə “Moskva uğrunda döyüş” ssenarisindən istifadə ediblər.

Herbiand.az bildirir ki, komandanlığın açıqlamasına görə, bu simulyasiya taktiki bacarıqları inkişaf etdirmək və şəxsi heyəti hazırlamaq üçün istifadə olunur.

Komandanlıq qeyd edib ki, hərbi taktiki oyun bölməsi 2026-cı ili hərbi oyun təlimatçıları üçün illik təlim kursunun birinci mərhələsi ilə başlayıb. Proqramın məqsədi Fransa quru qüvvələrinin qərargahlarını və bölmələrini bu təlim formatının imkanları ilə tanış etməkdir. Zabitlər 4 gün ərzində “Taktiki duel”, “Moskva uğrunda döyüş” və “Mavi ox - Qırmızı ox” kimi simulyasiyalar da daxil olmaqla bir neçə modellə işləyiblər.

Komandanlıq vurğulayıb ki, bu təcrübə yalnız Fransa qoşunlarının təlimi üçün deyil, həm də NATO müttəfiqləri ilə işbirliyində də istifadə olunur. Xüsusilə, İspaniya Silahlı Qüvvələrinin zabitləri simulyasiyalardan birində iştirak ediblər.

Bəxtiyar CƏFƏRLİ