Advertisment

Cənubi Koreya Kanadaya gəmiqayırma sənayesini canlandırmağa kömək edəcək

Cənubi Koreyanın Hanwha Ocean şirkəti və Kanadanın Ontario Shipyards gəmiqayırma zavodu Ontarioya irimiqyaslı gəmiqayırmanı yenidən canlamdırmaq və Kanadanın gələcək gəmiqayırma proqramlarını həyata keçirmək potensialını gücləndirmək üçün strateji əməkdaşlıq memorandumu imzalayıblar.

Herbiand.az bildirir ki, eyni vaxtda Hanwha Ocean, Ontario Shipyards və Mohawk College sənayenin ixtisaslı kadrlara olan uzunmüddətli ehtiyacını ödəmək üçün gəmiqayırma təlim mərkəzi yaratmaq barədə niyyət məktubu da imzalayıblar.

İkitərəfli əməkdaşlıq memorandumuna əsasən, Cənubi Koreyanın Hanwha Ocean şirkəti Kanadalı tərəfdaşlarına gəmiqayırma səmərəliliyini və istehsal hazırlığını artırmaq üçün texniki və əməliyyat dəstəyi verəcək.

Əməkdaşlığın bir hissəsi olaraq, Hanwha Ocean 2026-cı ildə Ontario Shipyards zavodlarında istehsala başlayacaq təlim gəmisinin dizaynını və tikintisini dəstəkləyəcək.

Bəxtiyar CƏFƏRLİ