Braziliyada quldurlar cinayətkarlıqla mübarizə aparan məşhur teatr aktyorunu öldürüblər.
Herbiand.az bildirir ki, bu barədə Need To Know nəşri yazıb.
Fevralın 23-də 33 yaşlı Moyses Trindad Barbos Ferreyraya Baiya ştatının Salvador şəhərində hücum olub. Naməlum şəxslər aktyorun evinə yaxınlaşaraq avtomatik silahlardan atəş açıblar. Sui-qəsd onun uşaqlarının və valideynlərinin gözü qarşısında baş verib. Aktyor ağır yaralanıb və təcili yardım işçiləri onu xilas edə bilməyiblər.
Polis cinayətkarları axtarır.
Bəxtiyar CƏFƏRLİ