Advertisment

MEDİA-nın kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

Fevralın 26-da Medianın İnkişafı Agentliyinin kollektivi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Bakıda soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Herbiand.az xəbər verir ki, abidənin önünə gül dəstələri düzülüb, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib.