ABŞ qüvvələri hələ İrana potensial hücum üçün hədəf siyahısını almayıb. Bu, ABŞ prezidenti Donald Trampın hələ hərbi əməliyyat əmri vermədiyini göstərir.
Herbiand.az bildirir ki, bu barədə CNN planla tanış olan mənbəyə istinadən məlumat verib.
“ABŞ qüvvələri hələ İrana potensial hücumlar üçün hədəf siyahısını almayıb. Bu, Trampın hələ hər hansı bir konkret hərbi əməliyyatın keçirilməsi üçün əmrə “tətik basmadığını” göstərir”, - mənbə bildirib.
CNN qeyd edir ki, ABŞ rəsmiləri Trampın hələ də diplomatik həll yoluna sadiq qaldığını deyirlər.
Bəxtiyar CƏFƏRLİ