Şimali Koreya lideri Kim Çen In bildirib ki, Vaşinqton onun ölkəsini nüvə dövləti kimi tanıdığı təqdirdə ABŞ ilə münasibətləri yaxşılaşdırmaq mümkündür. O, həmçinin arsenalını gücləndirmək və yeni nüvə başlıqları hazırlamaq planlarını açıqlayıb.
Herbiand.az bu barədə Bloomberg agentliyinə istinadən xəbər verir.
Şimali Koreyanın hakim partiyasının qurultayında çıxışı zamanı Kim daha güclü qitələrarası ballistik raketlər yaratmağı vəd edərək silahların daha da inkişaf etdirilməsi ilə bağlı vizyonunu açıqlayıb. O, ABŞ-ı ölkəsinin nüvəsizləşdirilməsi ilə bağlı uzun müddətdir davam edən tələbindən əl çəkməyə çağırıb: “Biz hər il milli nüvə qüvvələrimizi gücləndirməyi və nüvə silahlarının sayını artırmaq üçün bütün səylərimizi göstərməyi planlaşdırırıq. ABŞ düşmənçilik siyasətindən əl çəkərsə, münasibətlərin yaxşılaşdırılması üçün səy göstərməməklə bağlı heç bir səbəbimiz olmayacaq. Şimali Koreya ilə ABŞ arasında münasibətlərin gələcəyi tamamilə ABŞ-ın mövqeyindən asılıdır”.
Bəxtiyar CƏFƏRLİ