Advertisment

90 mindən çox ukraynalı itkin düşmüş hesab olunur

Ukraynada 90 mindən çox insan xüsusi hallarda döyüşdə itkin düşmüş hesab olunur. Bunlara hərbi qulluqçular və uşaqlar da daxil olmaqla mülki şəxslər daxildir.

Herbiand.az bildirir ki, bu barədə “Ukrayinskaya Pravda”nın sorğusuna cavab olaraq itkin düşmüş şəxslər üzrə səlahiyyətli şəxs Artur Dobroserdov məlumat verib.

Onun sözlərinə görə, xüsusi hallarda itkin düşmüş şəxslərin rəsmi reyestrində hazırda 90 mindən çox qeyd var: “Bunların əksəriyyəti Ukrayna Müdafiə Qüvvələrinin üzvləridir. Məlumat dəqiqləşdirildikcə və şəxsiyyətin müəyyənləşdirilməsi prosedurları həyata keçirildikcə dəqiq say dəyişə bilər”.

Bəxtiyar CƏFƏRLİ