Ukrayna Müdafiə Qüvvələrinin cənubdakı uğurları Starlink-in fevralın əvvəlində ruslar üçün kəsilməsi ilə əlaqəli deyil.
Herbiand.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Tagesschau nəşrinə verdiyi müsahibədə bildirib.
Zelenski qeyd edib ki, ruslar üçün Starlink-in söndürülməsi müsbət addım oldu. Buna baxmayaraq, bu, Ukrayna ordusunun cənubda ərazi qazanmasında əsas amil deyildi: “Gəlin buna addım-addım baxaq. Starlink ilə bağlı qərar, şübhəsiz ki, müsbətdir və faydalı olacaq. Amma eyni zamanda, hərbçilərimizə təşəkkür etmək istəyirəm - ərazinin azad edildiyi cənubdakı əməliyyat Starlink ilə bağlı qərardan bir ay əvvəl başlayıb”.
Ölkə lideri vurğulayıb ki, bu iki vəziyyət bir-birindən asılı deyil. Lakin hər ikisi Ukrayna üçün müsbətdir.
Bəxtiyar CƏFƏRLİ