Advertisment

Austal gəmi istehsalçısı Avstraliya donanmasını böyük desant gəmiləri ilə təchiz edəcək

Austal gəmi istehsalçısı Avstraliya Kral Hərbi Dəniz Qüvvələrinə 8 LCH (Landing Craft Heavy) sinifli desant gəmisi tədarük etmək üçün təxminən 4 milyard ABŞ dolları dəyərində müqavilə alıb.

Herbiand.az bildirir ki, 100 metr uzunluğundakı gəmilərin tikintisinə Qərbi Avstraliyadakı Henderson gəmiqayırma zavodunda başlanılacaq.

Yeni gəmilərin istehsalına 2026-cı ildə başlanılmalıdır. Sifarişçiyə təhvil verilməsi isə 2038-ci ilə planlaşdırılır.

Gəmidə 200-dən çox əsgərin, 6 ədəd M1A2 “Abrams” tankının və ya 9 ədəd “Redback” piyada döyüş maşınının yerləşəcəyi gözlənilir.

Bəxtiyar CƏFƏRLİ