Riva-Triqozoda yerləşən Fincantieri şirkətinin gəmiqayırma zavodunda PPX sinifli yeni nəsil “Ugolino Vivaldi” patrul gəmisinin suya salınma mərasimi baş tutub.
Herbiand.az bildirir ki, bu, İtaliya Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulmuş bu tip dörd gəmidən birincisidir.
Mərasimdə İtaliya Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisinin müavini, vitse-admiral Fabio Qreqori iştirak edib.
PPX sinifli patrul gəmilərinin uzunluğu 95 metr, eni 14,2 metr, suya oturma dərinliyi 5,4 metr və tam su tutumu 2400 tondur. Gəminin tutumu 93 nəfərdir, o cümlədən heyət üzvlərinin sayı təxminən 70 nəfərə endirilə bilər ki, bu da dəniz və ya xüsusi təyinatlı qüvvələrin yerləşdirilməsinə imkan verir.
Bəxtiyar CƏFƏRLİ