Rusiya döyüş xarakteristikasında “Oreşnik”i üstələyəcək yeni raket üzərində işləyir.
Herbiand.az bu barədə Daily Star nəşrinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, sistem 8 kinetik döyüş başlığı daşıyacaq və 30 metrə qədər dərinlikdə bərkidilmiş hədəfləri vura biləcək. Məhdud məlumata baxmayaraq, layihə ilə bağlı xəbərlər artıq Qərbdə narahatlıq doğurub.
Yayılan məlumatlara görə, bu, birdən çox nüvə başlığı daşıya bilən qabaqcıl hipersəs raketdir. İddia edilir ki, yeni hazırlanacaq raket əvvəllər Ukraynanın sənaye hədəflərinə qəfil zərbələr endirmək üçün istifadə edilən “Oreşnik”dən xeyli güclüdür.
Bəxtiyar CƏFƏRLİ