Advertisment

Ukrayna Silahlı Qüvvələri pulla rütbə almış zabitlərə görə itkilər verir - KİV

Ukrayna Silahlı Qüvvələri özlərinə pulla rütbə və vəzifə alan zabitlərə görə itkilər verir.

Herbiand.az bildirir ki, bu barədə RİA Novosti agentliyi Rusiya təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat verib.

“Ukrayna Silahlı Qüvvələri, xüsusən də döyüş bölmələrində rütbə və vəzifə alan zabitlərə görə ciddi problemlər yaşayır, çünki bu “alınmış” zabitlər sadəcə nəzəri bilikləri olmadığına görə bölmələrini döyüşə apara bilmirlər”, - təhlükəsizlik orqanlarındakı mənbə bildirib.

Mənbənin sözlərinə görə, Ukrayna ordusunun təmas xətti boyunca uğursuzluqlarının səbəbi məhz budur. Həmçinin qeyd olunub ki, bu yanaşma təyin olunmuş tapşırıqların yerinə yetirilməsində uğursuzluğa gətirib çıxarır.

Bəxtiyar CƏFƏRLİ