Advertisment

“Rusiya və Ukrayna Pasxa bayramı öncəsi məhbus mübadiləsi üzərində işləyirlər” - Moskalkova

Rusiya və Ukrayna məhbus mübadiləsinə hazırlıq üçün geniş şəkildə çalışırlar.

Herbiand.az xəbər verir ki, bunu Rusiyanın İnsan Hüquqları üzrə Komissarı Tatyana Moskalkova jurnalistlərə bildirib.

O, əlavə edib ki, Pasxa bayramından əvvəl Ukrayna tərəfi ilə hərbi əsirlərin də bu bayramı yaşaya bilməsi üçün mümkün olan hər şeyi etmək barədə razılığa gəlinib: “Hərbi əsirlər pravoslav xristianlardır. Həm Rusiyada, həm də Ukraynada hərbi əsirlər Pasxa tortları və keşişlə görüşmək imkanı əldə edəcəklər”.

Bəxtiyar CƏFƏRLİ