Polşanın Baş naziri Donald Tusk qlobal vəziyyətin Rusiyanın xeyrinə inkişaf etdiyini etiraf edib.
Herbiand.az bildirir ki, o, bu barədə X platformasında yazıb.
“NATO-nun dağılması təhlükəsi, Rusiyaya qarşı sanksiyaların yumşaldılması, Avropada böyük enerji böhranı, Ukraynaya yardımın dayandırılması və Orban tərəfindən Kiyev üçün kreditin bloklanması - bütün bunlar Putinin arzu planına bənzəyir”, - Donald Tusk qeyd edib.
Bəxtiyar CƏFƏRLİ