Advertisment

“KAMAZ” tələbatın azalması səbəbindən qısaldılmış iş həftəsinə keçəcək

“KAMAZ” Açıq Səhmdar Cəmiyyəti 1 iyundan etibarən qısaldılmış dörd günlük iş həftəsinə keçməyə hazırlaşır və yük maşını bazarındakı azalma fonunda istehsal planını tənzimləyir.

Herbiand.az bildirir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.

“Avtostat”-ın məlumatına görə, Rusiyanın ağır yük maşını bazarı 2026-cı ilin ilk iki ayında ötən ilin eyni dövrü ilə müqayisədə 40% azalıb. Bununla belə, “KAMAZ” satışlarını 15% azaltmaqla bazar payını 37%-ə çatdırıb.

Şirkətdən bildirilib ki, bu qərar yalnız mənfi bazar vəziyyəti davam edəcəyi halda reallaşacaq, fasiləsiz istehsal bölmələrinə isə təsir etməyəcək: “Hazırda il üçün bazar 45.000 ədəd, maksimum 50.000 ədəd olaraq qiymətləndirilir. İl üçün satış həcminin proqnozlaşdırılması hələlik çətindir”.

Bəxtiyar CƏFƏRLİ