Xalq artisti Brilyant Dadaşova Azərbaycan Bəstəkarlar ittifaqının üzvü, gənc bəstəkar-ifaçı Aydan Əliyevanın yeni mahnısını ifa edib.
Herbiand.az xəbər verir ki, Xalq artisti “Gəl” adlanan mahnının sözləri Aydan Əliyeva və Brilyant Dadaşovaya məxsusdur.
Mahnı İzzət Bağırovun ARB-də nümayiş olunan “İzzət şou” verilişində duet şəklində təqdim edilib.
Qeyd edək ki, Aydan Əliyeva Nazpəri Dostəliyeva, Lalə Məmmədova, Elnarə Xəlilova kimi bir sıra tanınmış müğənnilərin ifasında səslənən mahnıların müəllifidir.