Advertisment

Meloni Solovyovun təhqirlərinə belə cavab verdi

İtaliyanın Baş naziri Giorgia Meloni rusiyalı televiziya aparıcısı Vladimir Solovyovun təhqir dolu çıxışına cavab olaraq İtaliyanın kursunu dəyişməyəcəyini bildirib.

Herbiand.az xarici mənbələrə istinadən xəbər verir ki, Baş nazir bildirib: "Rejim təbliğatçısı bizə dərs vermək iqtidarında deyil. Lakin bu karikaturalar, əlbəttə ki, bizi kursunu dəyişməyə məcbur etməyəcək".

Meloninin sözlərinə görə, İtaliyanın maraqları onun yeganə istiqaməti olaraq qalır və o, tənqidlərə baxmayaraq, kursunu qürurla müdafiə edəcək.

Xatırladaq ki, Solovyovun Meloni haqqında şərhləri ilə bağlı Rusiya səfiri İtaliya Xarici İşlər Nazirliyinə çağırmışdı.

Solovyov çıxışlarının birində İtaliyanın Rusiyaya qarşı kursunu tənqid etmiş və Baş naziri “fahişə” adalandırmışdı.