Rusiya hücumlar zamanı Çernobıl Atom Elektrik Stansiyası və digər Ukrayna nüvə obyektlərinin yaxınlığında dəfələrlə raket və dronlar atıb və bu da ciddi qəza riskini artırır.
Herbiand.az xəbər verir ki, bunu Ukraynanın baş prokuroru Ruslan Kravçenko Reuters agentliyinə verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, tammiqyaslı işğalın başlanğıcından bəri həm Çernobıl, həm də Xmelnitski Atom Elektrik Stansiyaları Rusiyanın Kinjal hipersəs raketlərinin uçuş marşrutlarında olub. Bu obyektlərin təxminən 20 kilometrliyində cəmi 35 belə raketin uçduğu qeydə alınıb. Bunlardan 18-i tək bir uçuş zamanı hər iki stansiyanın yaxınlığından keçib.
Kravçenko bildirib ki, "Bu cür atışlar heç bir hərbi mülahizə ilə izah edilə bilməz. Nüvə obyektləri üzərindən uçuşların yalnız qorxutmaq və terror məqsədi ilə həyata keçirildiyi aydındır".