“Maliyyə icarəsi haqqında” qanun layihəsi hazırlanıb.
Herbiand.az xəbər verir ki, qanun layihəsi bu gün parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsi 5 fəsil, 25 maddədən ibarətdir, maliyyə icarəsi fəaliyyətinin inkişafı, təşviqi və iqtisadi artımda rolunun gücləndirilməsi məqsədilə maliyyə icarəsi fəaliyyətinin hüquqi əsaslarını və bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edəcək.