Münaqişənin həlli üzrə danışıqlarda iştirak edən Ukrayna nümayəndələri qeyri-rəsmi olaraq Vaşinqtona Donbassın Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında qalan hissəsinin adını “Donniland” olaraq dəyişdirməyi təklif ediblər.
Herbiand.az bildirir ki, bu barədə “The New York Times” qəzeti danışıqlar prosesinin bir neçə iştirakçısına istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, Ukrayna rəsmiləri ümid edirdilər ki, belə bir addım ABŞ prezidenti Donald Trampın mövqeyinə təsir edəcək və onu regionun suverenliyi ilə bağlı Rusiyaya daha güclü təzyiq göstərməyə sövq edəcək.
Nəşrin mənbələri qeyd ediblər ki, bu ideya əvvəlcə zarafat kimi sayılırdı. Lakin zaman keçdikcə bunun ironiyalı kimi qəbul edilməsi dayandırıldı: rəsmilər hətta hipotetik qurum üçün yaşıl və qızılı bayraq hazırladılar və neyron şəbəkəsindən himn yaratmaq istəyiblər.
Nəşr vurğulayır ki, Ukraynanın danışıqlar qrupundakı dörd mənbəyə görə, bu cür müzakirələr həqiqətən də baş tutub. Lakin bu ideyaların Amerika tərəfinə təqdim edilib-edilmədiyi hələ də məlum deyil.
Bəxtiyar CƏFƏRLİ