Hörmüz boğazından keçməyə çalışan iki gəmi SEPAH-ın Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılıb və İran sahillərinə gətirilib.
İran mediasının xəbərinə görə, bu barədə SEPAH bəyanat yayıb.
Bildirilib ki, Hörmüz boğazında “ağıllı nəzarət” çərçivəsində bu gün səhər İsrailə məxsus “MSC-Francesca” və “Epaminodes” adlı gəmilər qanunsuz olaraq, gizli şəkildə və naviqasiya sistemlərinə müdaxilə etməklə Hörmüz boğazından çıxmağa çalışarkən SEPAH tərəfindən saxlanılıb.
Məlumata görə, sözügedən gəmilər dəniz təhlükəsizliyini riskə atıb.
Gəmilərin yüklərinə və sənədlərinə baxılması üçün İran sahillərinə gətirildiyi qeyd olunub.
SEPAH Hörmüz boğazından keçidlə bağlı qanunları pozanlara bir daha xəbərdarlıq edib.