Advertisment

İsrail Qəzzaya yardım donanmasından bir neçə gəmini saxladı

İsrail Hərbi Dəniz Qüvvələri Qəzza Zolağına humanitar yardım aparan Qlobal Sumud Donanmasından bir neçə gəmini saxlayıb.

Herbiand.az xəbər verir ki. Qlobal Sumud Donanması bu barədə cümə axşamı, 30 aprel tarixində sosial media hesabında məlumat verib.

Təşkilat əlavə edib ki, onlardan bəziləri İsrailin Aşdod limanına aparılacaq. Bəyanatda davam edilir: "İsrail ordusu hazırda Qəzzanın dəniz blokadasını tətbiq edir."

Təşkilat əlavə edib ki, gəmilərlə əlaqə kəsilib və SOS siqnalı göndərilib.