Ağdamda Azərbaycan və Türkiyədən olan şəhid ailələrinin iştirakı ilə "Qardaşlıq Körpüsü" konfransı keçiriləcək
2026-cı ilin iyununda Ağdamda Azərbaycan və Türkiyədən olan şəhid ailələrinin iştirakı ilə "Qardaşlıq Körpüsü" konfransının keçirilməsi planlaşdırılır. Bu barədə “Zəfər” Şəhid Ailələlərinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə (Orucova) məlumat verib. Konfrans çərçivəsində şəhid ailələrinin Xankəndi, Şuşa, Xocalıya da səfəri nəzərdə tutulur.
“Zəfər” Şəhid Ailələlərinə Dəstək İctimai Birliyi QHT Agentliyinin 2026-cı il üzrə qrant müsabiqəsində “Qardaşlıq körpüsü - Azərbaycan və Türkiyənin şəhid ailələri arasında əlaqələrin inkişaf etdirilməsi” adlı layihə üzrə qalibdir.