Advertisment

BEA: Dünya müasir tarixin ən böyük enerji böhranı ilə üz-üzədir

Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol ABŞ-nin İrana qarşı hərbi əməliyyatı nəticəsində yaranan enerji böhranını tarixdə ən böyük böhran adlandırıb.

Herbiand.az xəbər verir ki, bu barədə Birol CNBC telekanalı tərəfindən Sinqapurda təşkil olunan tədbirdə çıxış edərkən bildirib.

Onun sözlərinə görə, dünya müasir tarixdə üç böyük enerji böhranı - 1973 və 1979-cu illərdə iki neft böhranı və 2022-ci ildə qaz böhranı ilə üzləşib. Hər iki neft böhranı qlobal bazarda gündə orta hesabla 5 milyon barel itkiyə səbəb olub. Hazırda isə itkilər gündə 13 milyon barelə çatıb. 2022-ci ildə bazar 75 milyard kubmetr qazdan məhrum olub, 2026-cı ildə isə itkilərin 100 milyard kubmetr olacağı təxmin edilir.

“Neft və qazla yanaşı, mühüm resursların - gübrələrin, neft məhsullarının, helium və kükürdün tədarükündə də ciddi fasilələr var. Bu, dünyada təchizat zəncirlərinə əhəmiyyətli dərəcədə təsir göstərəcək. Dünya yaxın həftələrdə və aylarda bununla üzləşəcək. Bütün bunları nəzərə alsaq, biz həqiqətən də ən böyük enerji böhranı ilə üz-üzəyik”, - deyə Fatih Birol vurğulayıb.