ABŞ Hərbi Dəniz Qüvvələri perspektivli AGM-88G AARGM-ER radar əleyhinə raket üzərində işi dayandırıb. Buna səbəb 2027-ci il büdcə sorğusunda faktiki olaraq maliyyələşdirilmənin dondurulmasıdır.
Herbiand.az bildirir ki, bu barədə The War Zone nəşri yazıb.
Məlumata görə, bu silah Rusiya və Çin HHM sistemləri də daxil olmaqla, müasir sistemlər ilə mübarizə üçün vacib vasitə hesab olunur.
ABŞ Hərbi Dəniz Qüvvələri sınaqlar başa çatdıqdan və proqram təminatı tamamlandıqdan sonra raket üçün komponentlərin tədarükünü bərpa etməyi planlaşdırdığını vurğulayıb.
Bəxtiyar CƏFƏRLİ