Advertisment

10 ölkə Avropanın şimalında birgə donanma yaradır

Birinci dəniz lordu (Kral hərbi-dəniz donanması qərargahının rəisi) general Qvin Cenkins digər 9 Avropa ölkəsi ilə birgə dəniz qüvvəsi yaratmaq və Rusiyadan gələn təhdidlərə cavab vermək üçün qitənin şimalına yerləşdirmək planlarını açıqlayıb.

Herbiand.az bildirir ki, bu barədə "The Guardian" qəzeti yazıb.

"Böyük Britaniya 9 Avropa ölkəsi ilə birgə hərbi-dəniz qüvvəsi yaratmaq barədə razılığa gəlib. Birgə ekspedisiya qüvvələrinin 10 üzvü ötən həftə NATO-ya əlavə olaraq çoxmillətli dəniz qüvvəsi yaratmaq niyyəti barədə bəyanat imzalayıblar", - qəzet qeyd edib.

Həmin 10 ölkə bunlardır: Böyük Britaniya, Danimarka, Estoniya, Latviya, Litva, Niderland, Norveç, Finlandiya, İsveç, İslandiya.

Yeni blokun məqsədi hərbi personalın birgə təlimi və hazırlanmasıdır. Tərəflər arasında qarşılıqlı əlaqənin bir hissəsi olaraq, "həqiqi hərbi planlar" və "dərhal döyüş aparmaq" taktikaları işlənib hazırlanacaq.

Bəxtiyar CƏFƏRLİ