Advertisment

ABŞ gələn il yüngül hücum təyyarələrinin alınmasını azaldıb

ABŞ Hərbi Hava Qüvvələrinin Xüsusi Əməliyyatlar Komandanlığı 2027-ci il büdcə sorğusunda OA-1K Skyraider II yüngül hücum təyyarəsi almaq planlarını kəskin şəkildə azaldıb. Gələn il bu təyyarələrdən yalnız ikisinin alışı planlaşdırılır.

Herbiand.az bildirir ki, bu barədə Air and Space Forces Magazine nəşri yazıb.

Qeyd olunub ki, 2026-cı ildə bu təyyarələrdən 6, 2025-ci ildə isə 12 ədəd sifariş olunub. Ümumilikdə, təyyarə sayının 53-ə qədər artırılması planlaşdırılır, baxmayaraq ki, əvvəllər bu rəqəmin 75 olması nəzərdə tutulmuşdu.

Analitiklər vurğulayıblar ki, belə təyyarə müasir müharibədə məhdud imkanlara malik olacaq, baxmayaraq ki, o, 370 km mənzilli Red Wolf qanadlı raketləri kimi müasir silahlarla təchiz olunacaq.

Bəxtiyar CƏFƏRLİ