Bu il mayın 17-22-də Bakıda qlobal əhəmiyyətli möhtəşəm tədbir – Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) keçiriləcək. Artıq Medianın İnkişafı Agentliyinin və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə “WUF13: Dayanıqlı şəhərsalmanın inkişafı və medianın rolu” mövzusunda silsilə məlumatlandırma sessiyaları təşkil olunub.
Herbiand.az bildirir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılışında deyib.