Slovakiyanın Baş naziri Robert Fitso bildirib ki, Avropa siyasətçiləri onun Rusiya lideri Vladimir Putinlə görüşlərini açıq şəkildə tənqid edirlər, lakin sonra nəticələri barədə soruşurlar.
Herbiand.az xarici mənbələrə istinadən xəbər verir ki, o, tələbələrlə görüşündə bildirib:
"Mən Putinlə görüşürəm və hamı məni tənqid edir, amma görüşdən qayıdandan sonra, hətta Brüsseldəki tualetlərdə də hər kəs məndən onun nə dediyini soruşur".
Bir müddət əvvəl Fitso bildirib ki, Avropa Birliyinə üzv dövlətlərin liderləri Rusiya prezidenti ilə dialoqa başlamalıdırlar. Onun sözlərinə görə, üzbəüz danışıqlar onlara dəyərli məlumat əldə etməyə və Moskvanın qərarlarına potensial təsir göstərməyə imkan verəcək.