Donald Tramp Rusiya və Ukrayna, Vaşinqtonun vasitəçiliyi ilə sülh danışıqlarında irəliləyiş olduğunu deyir. Amma tərəflər bu fikirlərlə bölüşmür.
Həm Rusiya, həm də Ukrayna rəsmiləri ABŞ-ın vasitəçiliyi ilə aparılan sülh danışıqlarını davam etdirməyin perspektivinə skeptik yanaşır.
Həm Kiyev, həm də Moskva diplomatik prosesin faktiki olaraq çıxılmaz vəziyyətə düşdüyünə və mövcud şəraitdə yenidən başlama şansının az olduğuna inanırlar.
Rusiya Prezidenti Vladimir Putin getdikcə güc yolu ilə nəticə əldə etməyə və ərazi tələblərini genişləndirməyə daha çox fokuslanır. Bəzi müşahidəçilər hesab edir ki, Putin hərbi uğur perspektivinə əmindir:
Kreml sözçülərinin “qoyulan tapşırıq yerinə yetirilməlidir” məntiqinə əsaslanan bəyanatları sülh danışıqlarını mənasız edir.
Rəsmi Kiyev də sülh üçün güzəştlər məntiqindən çox uzaqdır. Vaxtaşırı Ukrayna rəsmilərinin ABŞ vasitəçiliyinin effekt verməməsi barədə söylədikləri də danışıqların dalana dirəndiyindən xəbər verir.
Ukrayna tərəfi də ABŞ-ın Moskvanı tələblərini yumşaltmağa məcbur edə bilməməsindən məyusdur. Hazırda Kiyev danışıqları faktiki olaraq dondurulmuş hesab edir.
Rusiya da öz növbəsində Kiyevin Donbas məsələsində güzəştləri olmadan dialoqun mümkün olmadığını iddia edir.
"Həqiqət budur ki, Rusiya hələ də maksimalist tələblərinə əməl etməklə döyüş meydanında qələbə qazanmağa çalışır", - deyə yüksək vəzifəli bir alman diplomat bildirib. "Rusiyanın hərəkətləri açıq şəkildə danışıqlar aparmaq üçün nəzərdə tutulan hər hansı bir istəyə ziddir."
ABŞ Prezidenti Donald Tramp isə yenə də öz ampluasındadır və irəliləyiş olduğunu bəyan edir: "Biz hər gün razılaşmaya yaxınlaşırıq."
Amma trərəflərin davranışları bundan çox uzaqdır.
Ümumi pessimizmə baxmayaraq, ABŞ tərəflərlə Stiv Vitkov və Cared Kuşner vasitəsi ilə əlaqələri davam edir.