Advertisment

Su-57 “xəyal təyyarəsi” beş həftədir ki, Ukraynanın arxa cəbhəsini terror edir - KİV

Ukrayna mediası beşinci həftədir ki, Ukrayna ordusunun arxa cəbhəsini terror edən və tutulması çətin olan gizli Rusiya təyyarəsi haqqında məlumat verir.

Herbiand.az bildirir ki, media bunun “xəyal təyyarəsi" adı alan beşinci nəsil Su-57 qırıcı təyyarəsi ola biləcəyini hesab edir.

"Təyyarə Kursk bölgəsinin hava məkanından qanadlı raketləri atır və dərhal aşkarlanmadan qaçır, bundan sonra Ukrayna Silahlı Qüvvələrinin birbaşa arxa cəbhəsindəki (Sumı, Çerniqov və Poltava bölgələri) logistika mərkəzləri partlayır", - "Voennaya xronika" Telegram kanalı bildirib.

Müəlliflər hesab edirlər ki, bu təyyarə ən azı 30 dəfə uğurlu uçuş edib: "Əsas hədəflər dəmir yolu qovşaqları, Almaniya və Belçikadan hərbi yardım üçün istifadə edilən Ukrayna Silahlı Qüvvələrinin anbarları və çeşidləmə stansiyalarıdır. Hələ də konkret bir qırıcının fəaliyyət göstərib-göstərmədiyi və ya Rusiya Aerokosmik Qüvvələrinin ərazidə bütöv bir modernləşdirilmiş Su-57 qrupunu yerləşdirib-yerləşdirmədiyi məlum deyil".

Bəxtiyar CƏFƏRLİ